məxfilik siyasəti

MÜDDƏT VƏ ŞƏRTLƏR

MƏXFİLİK SİYASƏTİ

Son dəyişiklik tarixi: 28 Mart 2020

  1. Məxfilik hüquqlarınız
    1. Bu Məxfilik Siyasəti ("Siyasət") Blaze Oyunlarının şəxsi məlumatlarınızın toplanması, istifadəsi, saxlanması, paylaşılması və qorunması ilə bağlı məxfilik hüquqlarınızı təsvir edir.
    2. Bu Saytdan istifadə edərkən bu Siyasəti qəbul edir, üzv kimi qeydiyyatdan keçir və bu Saytdakı hər hansı bir oyunda və ya yarışlarda iştirak edirsiniz. Bu Siyasət Blaze Oyunlarına məxsus və ya onun tərəfindən idarə olunan bütün saytlara, mülkiyyətə və xidmətlərə şamil olunur. İstifadə şərtlərində göstərilmiş izahlar da  bu siyasətə aid edilir. Bu Siyasətin şərtləri bəzən yenilənə bilər, buna görə də bu Siyasəti mütəmadi olaraq oxumalısınız. Bu Siyasətə edilən hər hansı bir dəyişiklik bu saytda dərc ediləcək və lazım olan təqdirdə sizə yazılı şəkildə bildiriləcəkdir. Bu Siyasətdə edilən əhəmiyyətli dəyişikliklər həmişə e-poçt vasitəsilə sizə göndəriləcəkdir.
  2. Şəxsi məlumatlar nədir?
    1. Şəxsi məlumatlar dedikdə sizi fiziki şəxs kimi sizin eyniləşdirməniz üçün birbaşa və ya dolayı yolla istifadə oluna bilən, xüsusən də sizin adınız, e-poçt ünvanınız, eyniləşdirmə nömrəniz, yerləşmə məlumatlarınız və ya onlayn eyniləşdiriciyə istinad olaraq  hər hansı bir məlumat nəzərdə tutulur.
  3. Şəxsi məlumatlarınızı qoruyuruq.
    1. Blaze Oyunları şəxsi məlumatların idarəedicisidir və bununla da, məlumatların qorunması haqqında mövcud qanunvericiliyə uyğun olaraq  bu sayta təqdim olunmuş hər hansı bir şəxsi məlumatlara görə məsuliyyət daşıyır.
  4. Şəxsi məlumatları harada toplayırıq?
    1. Bu saytı istifadə etmək üçün sizdən və bəzən başqa mənbələrdən də şəxsi məlumatlar toplamalıyıq.
    2. İstifadəçi hesabını qeydiyyata aldığınız zaman şəxsi məlumatlarınıza uyğun olaraq e-poçt ünvanınızı və şifrənizi toplayırıq.Həmçinin Blaze Oyunlarında hesabınız üçün istifadəçi adı (ləqəb) seçməyinizi, eləcə də doğum tarixinizi və ölkənizi qeyd etməyi istəyəcəyik.
    3. Həmçinin Facebook istifadəçi hesabınızı istifadə edərək  istifadəçi hesabınızı qeydiyyata almaq imkanınız var. Sonra Facebook hesabınızdan aşağıdakı şəxsi məlumatlarınızı toplayırıq: (I)ad,soyad; (II) profil rəsmi; (III) e-poçt ünvanı; (IV) doğum tarixi və  (V) ölkə.
    4. Profilinizi yaratdıqdan sonra sistemə ilk giriş zamanı biz  ödəniş haqqında,ad və soyad, ünvan və telefon nömrəsi kimi əlavə şəxsi məlumatlar tələb edə bilərik.
    5. İstifadəçi hesabınıza Oyun Hesabını qoşaraq (Steam, League of Legends, PUBG) Oyun Hesabınız vasitəsilə oyunçunun və  oyunun tarixçəsi,  oyun reytinqləriniz, yarış nəticələriniz və profilin oyunla bağlı digər ümumi əlçatan məlumatlara giriş üçün icazəmiz olacaq. Bundan əlavə IP ünvanınız,brauzer haqqında məlumat,istifadə olunan dil, eləcə də istifadə etidiyiniz Əməliyyat Sistemi kimi standart texniki məlumatları toplayacağıq.
  5. Blaze Oyunları hansı şəxsi məlumatları həyata keçirir?
    1. Blaze Oyunları şəxsi məlumatlarınızı müxtəlif məqsədlər üçün həyata keçirir. Aşağıda şəxsi məlumatlarınızın həyata keçirilməsinin hüquqi əsasları və məqsədlərinin siyahısı göstərilir.
      1. Haqqınızda şəxsi məlumatlar
      2. E-poçt ünvanınız və şifrə (Facebook ilə qeydiyyatdan keçmisinizsə,əlavə şəxsi məlumatlar)
  6. Emal məqsədi
    1. İstifadəçi Hesabınızı idarə etmək üçün
  7. Emal üçün Blaze Oyunların hüquqi əsasları
    1. Emal istifadəçi hesabınızı yaratmaq, idarə etmək və yarışlarda iştirak  üçün sizə imkan yaratmaq kimi müqavilə öhdəliklərini yerinə yetirmək üçün lazımdır
    2. Yaşadığınız ölkə,doğum tarixi və sürətləndirilmiş mobil səhifələr,ünvan
      1. Yerinizə və yaşınıza uyğun yarışlar və tədbirlər təklif etmək üçün
  8. Bizim qanuni marağımız şəxsi məlumatlarınızı emal etmək, istifadəçi ilə ən yaxşı əlaqəni təmin etmək üçündür. Sizə uyğun fəaliyyətləri təqdim etmək üçün şəxsi məlumatlarınızı toplamaq bizə vacibdir.
    1. İstifadəçi adı
      1. Turnirlərdə və yarışlarda iştiraka rəhbərlik etmək üçün.
      2. Emal qarşınızda müqavilə öhdəliklərini təmin etmək üçün vacibdir.
    2. Oyun hesabı
      1. Oyunda şəxsi məlumatlarınızın, yarışlarda oyunların nəticələri,eləcə də oyun və yarışların statistikasının yoxlanması üçün
      2. Emal qarşınızda müqavilə öhdəliklərini təmin etmək üçün vacibdir.
    3. E-poçt ünvanı, ad və soyad və ya istifadəçi adı
      1. Təkilf və şikayətləri idarə etmək üçün.
      2. Bizim qanuni marağımız dəstək sualları ilə kömək etmək üçün  şəxsi məlumatlarınızı emal etməkdən ibarətdir. Suallarınıza kömək məqsədilə şəxsi məlumatlarınızı toplamaq bizə vacibdir.
    4. E-poçt ünvanı, ad və soyad və ya istifadəçi adı
      1. Yeni xüsusiyyətlərimiz və oyunlar barədə birbaşa marketinq haqqında məlumatları sizə göndərmək üçün.
      2. Reklam elanlarımıza aid sorğunuzu emal etmək üçün.
      3. Əgər sualınız şikayət xarakterlidirsə, müqavilə öhdəliklərini yerinə yetirmək üçün biz onları qanuni əsaslarla həyata keçirəciyik.
      4. Bizim qanuni marağımız birbaşa marketinq məlumatlarını göndərmək məqsədilə şəxsi məlumatlarınızı emal etməkdən ibarətdir. Bizim qanuni marağımız reklam elanlarımızdan imtina etmək barədə sorğunuzu həyata keçirmək üçün şəxsi məlumatlarınızın emalından ibarətdir.
    5. Sizin oyun fəaliyyətinizi əks etdirən istifadəçi adı, oyun məlumatları və statistika, turnirlərin qeydi və hər hansı bir digər məlumat.
      1. Qələbələrinizin, marketinq və bunula əlaqəli digər məqsədlərinizin önə çəkilməsi
    6. Bununla şəxsi məlumatlarınızın göstərilən məqsədlərlə istifadə olunmasına razılıq verirsiniz.
  9. Şəxsi məlumatlarınızın paylaşılması
    1. Blaze Oyunları mövcud qanunvericiliyə riayət etmək üçün  və ya istifadə şərtlərinin müqavilə müddəalarının və ya istifadə şərtlərinin  riayətinin təminatı üçün və ya bu ifşa şərtlərə uyğun birbaşa icazə verildiyi hallar istisna olmaqla icazəniz olmadan şəxsi məlumatlarınızı qəsdən üçüncü şəxslərə ifşa etməyəcək və ya ötürməyəcək.
    2.  Şəxsi məlumatlarınızı paylaşanda, biz hər zaman  üçüncü tərəf təminatçılarımızın şəxsi məlumatlarınızı təhlükəsiz,etibarlı şəkildə standarlarımızdan aşağı səviyyədə standartlar olmadan emal etməyəcəklərinə təminat veririk. Bu günə bizim aşağıdakı xidmətləri həyata keçirmək üçün köməklik edən prosessorlarımız var: (I) PayPal kimi ödəniş məsələsi və (II) IT xidmətlərinin təminatçısı.
    3. Hər hansı bir Mükafatın alınmasına sizin razılığınız Blaze Oyunları tərəfindən mükafatlarla bağlı şəxsi göstərcilərin ifşası, həmçinin hər hansı bir üçüncü şəxsə mükafat təqdim olunması ilə əlaqədar ifşaya razılığınız deməkdir. Blaze Oyunları əlavə razılığınız olmadan sizi şəxsən tanımayan  ümumi demoqrafik və başqa bazar məlumatlarını toplamaq və ifşa etmək hüququnu qoruyur.
  10. Şəxsi məlumatlarınız harada emal edilir və saxlanılır?
    1. Blaze Oyunları şəxsi məlumatlarınızı Azərbaycan hüdudlarında emal etməyə çalışır. Lakin bəzi hallarda şəxsi məlumatlarınız Azərbaycandan kənar ölkəyə ötürülə və orada emal oluna bilər. Bu hallarda Blaze Oyunları məlumatların qorunması haqqında mövcud qanunvericiliyə uyğun şəxsi məlumatlarınızın qorunması üçün müvafiq tədbirlərin görülməsinə təminat verir.
  11. Veb fayl (Cookie)
    1. Cookie (veb fayl) - Blaze Oyunları serverindən sizin brauzerə göndərilən kiçik məlumat faylıdır. Cookie faylı (veb fayl) sizi şəxsən tanıya bilməz, o, yalnız bu sayta giriş üçün kompüterinizdə quraşdırılmış istifadə olunan brauzeri tanıya bilər. Əgər bu sayta müxtəlif kompüterlərlə daxil olursunuzsa, müxtəlif cookie-lər (veb fayl) müxtəlif kompüterlərə göndərilir. Cookie-lər(veb fayl) sistemin düzgün və təhlükəsiz işləməyi üçün tələb olunur, məsələn, öz istifadəçi adınıza daxil olan zaman. Cokkie-lər(veb fayl) həmçinin sistemə göndərilənlərin gücünü ölçmək və statistik səbəblərdən istifadə olunur.
    2. Cookie-nin(veb fayl) 2 növü var: biri  “seans cookie", digəri "daimi cookie" adlanır. Blaze Oyunları sistemi həm seans,həm də daimi cookie(veb fayl) istifadə edir.
    3. Seans cookie(veb fayl) bu sayta ziyarət etdiyiniz zaman sistemin düzgün işləməsi üçün kompüteriniz və Blaze Oyunların serveri arasında göndərilir. Seans cookie(veb fayl) brauzer bağlananda yox olur, ona görə də kompüterdə saxlanmır.
    4. Daimi cookie(veb fayl) kompüterinizdə saxlanılır və növbəti dəfə sitemə giriş zamanı Blaze Oyunları sistemlərinə kompüterinizin IP ünvanını və veb brauzeri tanımağa imkan verir.
    5. Kömpüterinizdə cookie(veb fayl) fayllarının saxlanması üçün brauzerinizdə tənzimləməni redaktə edib Blaze Oyunları sistemini söndürə bilərsiniz. Belə tənzimləmələri etsəniz, bu saytda olan müvafiq funksiyalar lazımi qaydada işləməyəcək və ya əlçatan olmayacaq.
  12. Şəxsi məlumatların seçilməməsi
    1. Şəxsi məlumatlarınız aktiv istifadəçi hesabınız olduğu müddətdə saxlanılır. Sistemə son daxil olmanızdan 11 ay sonra deaktiv olmaq haqqında xatırtlatma bildirişi alacaqsınız. Gələcək deaktiv hallarında istifadəçi hesabınız bloklaşdırılacaq. Son daxil olmanızdan 2 il sonra xüsusi səbəb olmadan məlumatlarınız tələb olunmadığı və ya Blaze Oyunları şəxsi məlumatlarınızın müəyyən vaxt ərzində saxlanması haqqında sizinlə razılığa gəlmədiyi halda istifadəçi hesabınız silinəcək. Blaze Oyunları uyğun bildiyi haldan əvvəl də şəxsi məlumatların silinməsi hüquqlarını qoruyur.
  13. Hüquqlarınız
    1. Aşağıda məlumatların qorunması haqqında mövcud qanunvericiliyə uyğun olan hüquqlarınız göstərilir. Hər hansı bir hüquqlarınız barədə sorğu göndrəmək istəyirsinizsə, 12-ci hissədəki elektron poçt ünvanı ilə bizimlə əlaqə saxlayın.
    2. Tələbinizi qarşılamaq üçün sorğunun mümkün olduğu qədər dəqiq olması lazımdır. Zəhmət olmasa bu göstəricilərdən istifadə edin: məlumatın tipi, sənədin tipi, istifadə olunan funksiya/biznes şöbə və/və ya cəlb edilmiş əlaqəli şəxslər və s. Tələbiniz dəqiq olmasa, emal edilə bilməz.
    3. Daxiloma hüququ -bizdə saxlanılan şəxsi məlumatlarınız barədə qeydlərin çıxarılmasını ildə bir dəfə tələb etmək hüququnuz var.
    4. Düzəliş hüququ - Blaze Oyunlarında saxlanılan şəxsi məlumatlarınız qeyri-dəqiq və ya tam deyilsə, onların düzəlişini bizdən istəmək hüququnuz var.  Əgər bu şəxsi məlumatlar üçüncü tərəfə sizin razılığınızla və ya hüquqi səbələrlə ötürülmüşdürsə, o zaman biz də şəxsi məlumatlarınızın düzəlişini onlardan istməliyik.
    5. Silinmə hüququ - Əgər bizdə şəxsi məlumatlarınızı emal etmək və saxlamaq üçün qanuni əsaslarımız yoxdursa, biz tərəfdən toplanmış şəxsi məlumatlarnızı silmək hüququnuz var.
    6. Etiraz etmək hüququ - Əgər şəxsi məlumatlarınız bizim qanuni maraqlar əsasında yaranmış, rəsmi səlahiyyətlərin istifadəsində, birbaşa marketinqdə və ya statistika məqsədilə emal olunduğu zamanda belə Blaze Oyunlarında şəxsi məlumatlarınızın emalına qarşı etiraz etmək hüququnuz var.
    7. Razılığı geri götürmək hüququ - Əgər siz şəxsi məlumatlarınızın emalına razılıq vermişsiniz, amma fikrinizi dəyişmişsinizsə, istənilən vaxt razılığı geri götürmə hüququna maliksiniz və  Blaze Oyunları şəxsi məlumatlarınızın emalını dayandırmalıdır.
  14. Şikayət
    1. 10-cu bölmədə qeyd olunan hər hansı bir hüququnuz barədə  sorğularınızı Blaze Oyunlarının lazımi şəkildə cavablandırmadığını hesab edirsinizsə,Azərbaycan Məlumat Qorunması İdarəsinə şikayət etmək hüququnuz var.
  15. Bizimlə əlaqə saxlayın
    1. Bu siyasətlə bağlı hər hansı bir sualınız varsa və ya hər hansı hüquqlarınızdan istifadə etmək istəyirsinizsə, aşağıda göstərilən telefon nömrəsi və ünvanla bizimlə əlaqə saxlaya bilərsiniz:

 

Ad: Vivek Ramalingam

Telefon: +(994 51) 60608 48

E-poçt: team@blaze.az

Ünvan: Azərbaycan, Bakı AZ1014, Bəşir Səfəroğlu 215